NƏ DÜZƏLDİLDİ
1) NAZİK COİN HƏDDİ — süpürgə rəqəmi deyil, BİNANCE PİLLƏSİ.
liq_pct davamlı dəyişən deyil: Binance-in rəsmi
leverageBracket cədvəlindən gəlir, yəni
liq_pct = 100/13 − MMR%. Cəmi
9 fərqli dəyər var və
qırılma
pillə sərhədindədir:
MMR > 1.0% olan hər pillə mənfi, ≤ 1.0% olan hər pillə müsbətdir.
PnL, likvidasiya və sürüşmə — üçü də EYNİ sərhəddə qırılır. Bu, süpürgədən
çıxmış hədd deyil, birjanın öz risk təsnifatıdır.
Sübut: monotonluq ($/tr 0.678→1.296 · LIKV 49→14 · asma $0.69→$0.50) ·
split-half hər iki paneldə (13.11 köhnə +0.771 / təzə +0.743) ·
ən zəif pəncərədə də müsbət (son 7 gün: 13.11 −$46.99 → +$5.27) ·
eyni payı saxlayan 793 mənasız coin süzgəcindən 0-ı keçmədi
(plasebo tavanı +1.177, qayda +1.365).
2) DUBLİKAT OXU — ayrıca iki pəncərədə, qarışdırılmadan.
Dublikatları da açmaq ömür boyu +$625.63 gətirərdi, amma pulun
95%-i heş armlarındadır (13.10 +$223, 13.12 +$369; jurnal armları
+$11 və +$22). Mexanizm: heşin dublikatı YENİ təsadüfi istiqamət çəkir →
müstəqil ikinci mərcdir; jurnalınkı eyni qənaəti təkrarlayır.
Qiyməti: pik eyni anda açıq mövqe 25 → 68, kapitala görə gəlir
1.70 → 1.10 düşür. Ona görə əsas pəncərəyə QATILMADI, ayrıca ölçülür.
⚠ 18.5 / 18.6 — TARİXÇƏSİ DAİRƏVİDİR, OXUMA
top30_160926 siyahısı 18.1-in 62 coinindən PnL-ə görə ilk 30-udur,
16.09.2026-da elə bu datadan seçilib. Ona görə panelin göstərdiyi
tarixçə (+$480.12 · $/tr +2.514 · uduş 90.4% · t=+9.62) dairəvidir və
heç nə sübut etmir — coinlər məhz pul qazandıqları üçün seçilib.
Niyə yenə də quruldu: sual açıqdır. Eyni seçim üsulu zaman
bölgüsündə çökür (köhnə yarıda +3.408/tr → təzə yarıda +0.773,
baza +0.656; plasebo bunu 37% halda keçir, p=0.366).
Amma müstəqil seçici ilə real effekt var: coinlər 18.2-nin
ortaqsız tradelərində seçilib 18.1-də ticarət ediləndə TOP-20 →
+1.906/tr (baza +1.365, n=122, t=4.85).
Yəni sıralama səs-küy deyil — sual budur ki, tutduğu şey
davamlı coin xüsusiyyətidir, yoxsa «bu ayın hərəkət edən coinləri».
Bunu yalnız irəli data ayırd edə bilər.
SİYAHI DONDURULUB. Kodda saxlanılır
(real_icra.COIN_DESTLERI), GUI yalnız adını göndərir.
Siyahını sonradan «yaxşılaşdırmaq» — pis çıxan coini atmaq, yaxşını
əlavə etmək — hökmü həmin an sıfırlayar.
18.7 / 18.8 — İKİNCİ QURMA ÜSULU (top12_160926).
18.5 xam sıralamadır: yalnız 18.1-in PnL-inə baxır. 18.7 isə
iki qolda təsdiq tələb edir — qayda əvvəlcədən yazıldı,
sonra 62 coinə tətbiq olundu: hər iki qolda n≥6, PnL>0,
$/trade>$1 → 12 coin.
Alt-dəst deyil: qayda əvvəlcə 4 coini top30-dan KƏNARDAN gətirdi
(PUMP, ARB, LIT, FIL — müstəqil qolda güclü, 18.1-də zəif), sonra
$1 həddi onları və ZEC/DOGE-ni kəsdi.
Diaqnostika: iki qol arasındakı boşluq top30-da
0.84, top12-də 0.64 — dar boşluq seçim şansının azlığını
göstərir, çünki coin keyfiyyəti istiqamətdən asılı olmamalıdır.
UĞUR ŞƏRTİ (17.09.2026-dan sonrakı girişlər, hər üç dəst üçün eyni):
≥150 bağlanmış qərar · 18.1-ə qarşı ≥ +$0.40/trade ·
heş qolu da öz bazasını keçməlidir (18.6>18.2, 18.8>18.2).
Dağılma: fərq < +$0.15/trade və ya yalnız jurnal qolunda görünür.
Həcm: 18.5 18.1-in ~58%-ini saxlayır (~20 gün),
18.7 isə ~32%-ini (~36 gün). Müqayisə eyni TARİX aralığında aparılmalıdır,
eyni trade sayında yox.
18.9 / 18.10 — SAKİT REJİM (vol_regime = LOW).
Burada seçilən şey coinin
kimliyi deyil, giriş anındakı
vəziyyətidir: coin öz ATR-inin 30-cu persentilindən aşağıdadır.
Hədd
analysis.py:352-də çoxdan durur, PnL-ə baxılaraq
seçilməyib — ona görə
tarixçə 18.5/18.7 kimi dairəvi DEYİL.
Ölçmə (16.09.2026): LOW
+2.044 / NORMAL +1.260 / HIGH +0.930 $/trade;
nəzarət qolunda +1.832 / +1.457 / +0.740 —
pillə hər iki qolda monotondur.
Həndəsə üç rejimdə eynidir (SL $7.80, sıfır həddi 66.1%), yəni fərq
dəymə faizindəndir. Jackknife: heç bir gün (0/25) və heç bir coin
(0/62) çıxarılanda üstünlük mənfiyə düşmür. Kapital: $/mövqe·gün
2.253 →
3.423, tutma müddəti dəyişmir.
Ölçmə skriptləri: /root/analiz-coin/.
Sınanıb və HEÇ NƏ VERMƏYƏNLƏR: coinin median spreadi, orta funding-i,
funding işarəsi, MMR-in 1.0%-dən aşağısı, core qrupu, coinin öz 24s
hərəkəti və BTC-yə nisbi gücü, ADX bantları.
ÇATIŞMAYAN: plasebo (symbol+gün md5,
500 təkrar) p=0.090 — MMR qaydasının 0/793 həddini keçmir,
və nəzarət qolunun təzə yarısında üstünlük +0.041-ə düşür.
Yəni tarixçə dəlil sayılmır.
UĞUR ŞƏRTİ (yalnız 17.09.2026-dan sonrakı girişlər):
jurnal qolunda ≥220 bağlanmış qərar · eyni pəncərədə 18.1-ə qarşı
≥ +$0.40/trade · heş qolunda da Δ>0 · likvidasiya payı
bazadan yuxarı olmasın.
Dağılma: Δ < +$0.20/trade və ya heş qolunda Δ ≤ 0.
Niyə 150 yox, 220: sd=$4.25-də n=150 fərqi cəmi
1.7 SE edir. Sürət 3.83 LOW trade/gün (heş qolu 5.0) → jurnal qolu
~57 gün, heş qolu ~44 gün. Həddi sonradan dəyişmək (LOW+NORMAL,
persentili 25/35 etmək) sayğacı sıfırlayır.
NƏ TƏTBİQ EDİLMƏDİ — və niyə
MÖVQE TAVANI (eyni istiqamətdə N-dən çox açma) — ÖLÇÜLDÜ, RƏDD EDİLDİ.
Hər mənfi gündə dəftərin hakim tərəfi uduzur, ona görə tavan məntiqli
görünürdü. Simulyasiya: tavan 8 → PnL +$835.82 → +$257.07 (−69%), ən pis gün
cəmi −$92.06 → −$64.65, mənfi gün SAYI isə 6 → 10 artdı.
$/trade demək olar dəyişmir (0.664 → 0.580) — yəni tavan pis tradeni SEÇMİR,
sadəcə az iş görür. Kapitala görə gəlir də artmır (2.61 → 2.47).
Nəticə: dəftərin tək tərəfliliyi itkinin səbəbi deyil, formasıdır
(günlük korrelyasiya r = −0.097).
DAR STOP — ÖLÇÜLDÜ, RƏDD EDİLDİ. Eyni süzgəclərlə SL $3:
+$1187 → +$237 (−$950). Qradient monotondur (cari > DAR-5 > DAR-3).
BTC REJİM QAPISI — yoxdur. İtkinin əsas mühərriki BTC-nin girişdən
sonra əleyhinə davam etməsidir (−$1031, tradelərin 21%-i), amma bu girişdə
bilinmir. Qapı 11.09.2026-da sınandı və split-half-dan keçmədi.
Bu panel həmin itkiyə TOXUNMUR.
ÇIRPINTI (breakeven stop) — hələ sınanmayıb. Şam təkrarı tələb edir;
real_icra_dar.py-a əlavə oluna bilər (əlavə API sorğusu olmadan).
ÖNCƏDƏN QEYD OLUNMUŞ UĞUR ŞƏRTİ
Data gəlməzdən əvvəl yazıldı. Bu panellər süzgəcdir — tarixçəni dərhal
göstərirlər, yəni tarixçə in-sample-dır. Hökm yalnız
17.09.2026-dan sonrakı girişlərə görə verilir.
≥300 bağlanmış qərar · 13.11 bazasına qarşı ≥ +$0.40/trade ·
likvidasiya payı ≤ 2.5% (hazırda 1.74%, baza 3.90%) ·
stop başına asma ≤ $0.60 (hazırda $0.50, baza $0.69).
Dağılma şərti: yaxşılaşma < +$0.20/trade
və ya likvidasiya payı > 3% → pillə hekayəsi yanlışdır.